Son dəqiqə

Azərbaycan BMT İqor Qarafulik

Azərbaycan Dünya Şəhər Forumuna ev sahibliyinə hazırlaşır - BMT

BAKI,TurkicWorld

Azərbaycanın 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi etməsi beynəlxalq səviyyədə mühüm hadisə kimi qiymətləndirilir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı tədbirin uğurlu və təsirli keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır.

İqor Qarafulik qeyd edib ki, 13-cü Dünya Şəhər Forumu Azərbaycanın davamlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, eyni zamanda beynəlxalq tərəfdaşlıqları gücləndirmək və davamlı inkişaf məqsədlərini irəli aparmaq üçün mühüm platforma olacaq.

Məlumata əsasən, aprel və may aylarında ölkədə yerli hakimiyyət orqanlarının Dayanıqlı İnkişaf Məqsədlərinə yanaşmasını öyrənmək məqsədilə məsləhətləşmə seminarları təşkil ediləcək. Bununla yanaşı, universitetlərdə maarifləndirmə tədbirləri və yerli dialoqların keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsinə dair bütün məlumatlar “UN Info” platformasında ictimaiyyət üçün açıqdır. Eyni zamanda, 2025-ci il üzrə illik hesabatların iyun ayına qədər təqdim ediləcəyi və bunun ümumi nəticələrin qiymətləndirilməsinə imkan yaradacağı bildirilib.

Mövzuya görə xəbərlər