Son dəqiqə

Dövlət Gömrük Komitəsi

Azərbaycanda gömrükdə malların buraxılışına yeni mexanizm tətbiq olunacaq

Bakı. TurkicWorld:

2026-cı ildə Azərbaycanda gömrükdə malların ikipilləli buraxılışı mümkün olacaq.

TurkicWorld-un əldə etdiyi məlumata görə, ilin sonunadək bununla bağlı normativ hüquqi baza hazırlanacaq.

Belə ki, Dövlət Gömrük Komitəsi 2026-cı il dekabrın 1-dək saxlanc xərclərinin azaldılması və malların istehlakçıya daha sürətli şəkildə çatdırılması nəticəsində biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq malların ikipilləli buraxılışına dair normativ hüquqi bazanın hazırlanmasını başa çatdırmalıdır.

Mövzuya görə xəbərlər