Son dəqiqə

Ombudsman Səbinə Əliyeva Slovakiya

Slovakiya Ombudsmanının rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüş keçirib

Bakı. TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla görüşüb.

TurkicWorld xəbər verir ki, görüşdə qonağa ölkəmizdə insan hüquq və azadlıqlarının təmininə xüsusi önəm verildiyi bildirilib, bu istiqamətdə ardıcıl islahatların həyata keçirildiyi qeyd olunub.

Eyni zamanda, Azərbaycan və Slovakiya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi diqqətə çatdırılıb.

Mövzuya görə xəbərlər