Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

BAKI, TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində kiçik biznesini qurmuş daha 250 benefisiara bizneslərini genişləndirmələri üçün bu il əlavə dəstək göstəriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bunun üçün növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsi keçiriləcək. Müsabiqədə Layihə çərçivəsində istehsal və xidmət sahələri üzrə avadanlıq almaqla kiçik biznesini qurmuş şəxslərdən müsabiqənin şərtlərinə uyğun olanlar seçiləcək.

Onlara biznes planlarının hazırlanması işlərində də Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən də dəstək göstəriləcək. Sonra isə onlara bizneslərini genişləndirmələri üçün əlavə avadanlıqlar veriləcək.

Qeyd edək ki, ötən dövrdə “Məşğulluğa Dəstək Layihəsi” üzrə 26 min işsiz şəxsin özünüməşğulluğunun təmin edilməsi üçün dəstək göstərilib. Onlardan “Həvəsləndirmə mükafatları” müsabiqələrində qalib gəlmiş iştirakçılar əlavə avadanlıqlarla təmin edilir.

Eyni zamanda, Layihə üzrə qurduğu kiçik biznesə işçi qəbul edən benefisiarların dəstəklənməsi istiqamətində də bu günlərdə yeni layihəyə başlanıb.

Mövzuya görə xəbərlər