Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

856 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 864 uşaq ailələrinə qaytarılıb

BAKI,TurkicWorld

Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

TurkicWorld xəbər verir ki,Ötən dövrdə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 856 uşaq övladlığa verilib. Onlardan 432 nəfəri oğlan, 424 nəfəri qızdır.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 471-i oğlan, 393-si qız olmaqla 864 uşaq öz ailələrinə qaytarılıb.

Həmçinin 889 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Mövzuya görə xəbərlər