Son dəqiqə

Azərbaycan Bakı

Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

BAKI,TurkicWorld

Bakıda şagirdin güllələdiyi müəllim palataya köçürülüb.

Bu barədə TurkicWorld-ə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Məlumata görə, hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Mövzuya görə xəbərlər