Son dəqiqə

Məşğulluğa Dəstək Layihəsi çərçivəsində yeni iş yerləri yaradılır Həssas qruplar üçün məşğulluq üzrə yeni pilot layihəyə start verilib Özünüməşğulluq proqramı üzrə işəgötürənlərə əlavə dəstək Nazirlikdən həssas qrupların məşğulluğuna yeni təşəbbüs Məşğulluğa Dəstək Layihəsi genişləndirilir Yeni pilot layihə iş yerlərinin sayını artıracaq

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial məşğulluq proqramları genişləndirilir.

TurkicWorld xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara və sosial cəhətdən həssas qruplar üçün iş yerlərinin yaradılmasına yönəlmiş yeni pilot layihəyə start verib.

“Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” adlı layihə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramı vasitəsilə kiçik biznes qurmuş və işçi qəbul edən benefisiarları əhatə edir. Layihə özünüməşğulluq proqramının genişləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.

Pilot layihəyə əsasən, benefisiarların işə qəbul etdikləri işçilərin əməkhaqları, eləcə də işəgötürən və işçi tərəfindən ödənilməli olan vergi və sosial ayırmaların ilk 3 ay ərzində tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” hesabına ödəniləcək.

Bu günlərdə Quba rayonunda yeni layihə ilə bağlı məlumatlandırma tədbiri keçirilib. Tədbirdə layihənin məqsədləri, icra mexanizmi və gözlənilən sosial-iqtisadi nəticələr barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, layihə benefisiarlarda işəgötürən düşüncəsinin və praktiki təcrübəsinin formalaşmasına xidmət edir. Eyni zamanda, işə qəbul olunan şəxslərlə əmək münasibətlərinin ilk 6 aydan sonra da davam etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.

Tədbir çərçivəsində Qusar şəhər sakinləri – özünüməşğulluq proqramı üzrə “Un məmulatlarının istehsalı” istiqamətində kiçik biznes qurmuş Aygün Hacımuradova və “Mebel sexi” istiqaməti üzrə fəaliyyət göstərən Vadim Rzayevlə əməkdaşlıq müqavilələri imzalanıb. Layihəyə cəlb ediləcək digər iştirakçılarla da müvafiq prosedurlar çərçivəsində işlərin davam etdiriləcəyi bildirilib.