Son dəqiqə

Qurban bayramında kəsilən ətlər Qəzzada ehtiyac sahiblərinə paylanıb Al Baraka Azerbaijan könüllülərindən Qəzzaya humanitar yardım 2025-ci il qurbanlıq ətləri aylar sonra Qəzzaya çatdırıldı Qəzzada ehtiyac sahiblərinə Azərbaycan mənşəli humanitar dəstək Azərbaycan könüllülərindən Qəzzaya ərzaq yardımı

2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2025-ci il Qurban bayramı münasibətilə kəsilən qurbanlıq ətlər aylar sonra da olsa Qəzza zolağında ehtiyac sahiblərinə çatdırılaraq paylanıb.

TurkicWorld xəbər verir ki, “Al Baraka Azerbaijan” könüllüləri tərəfindən həyata keçirilən humanitar təşəbbüs çərçivəsində Qurban bayramında kəsilən qurbanlıq ətlər saxlanılaraq qorunub və aradan yeddi ay keçməsinə baxmayaraq bir neçə gün əvvəl Qəzzada ehtiyac içində yaşayan ailələrə paylanıb. Yardım prosesi Qəzzada davam edən ağır humanitar böhran, qida çatışmazlığı və mühasirə şəraitində xüsusilə mühüm əhəmiyyət daşıyıb.

Məlumata görə, qurbanlıq ətlərin saxlanması, daşınması və paylanması bütün mərhələlər üzrə nəzarət altında aparılıb. Paylama zamanı əsas diqqət aztəminatlı ailələrə, uşaqlara və çətin vəziyyətdə olan insanlara yönəldilib. Könüllülər bu addımın qurban əmanətinin düzgün niyyətlə qorunaraq vaxtı gəldikdə doğru ünvanlara çatdırılmasının nümunəsi olduğunu bildiriblər.

Humanitar təşəbbüs bir daha göstərib ki, xeyirxahlıq zamanla məhdudlaşmır və edilən ibadət məsuliyyətlə yerinə yetirildikdə, gec də olsa ehtiyac sahiblərinə çatır.