İqtisadiyyat Nazirliyi Elnur Əliyev Şəmkir vətəndaş qəbulu

İqtisadiyyat nazirinin birinci müavini Şəmkirdə vətəndaşları qəbul edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

TurkicWorld xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Mövzuya görə xəbərlər