Son dəqiqə

Azərbaycan Daxili İşlər Nazirliyi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

BAKI,TurkicWorld

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Mövzuya görə xəbərlər