Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi Ülvi Abasquliyev

Agentlikdə Dünya Bankının missiyası ilə görüş keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan “Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının nümayəndələrindən ibarət missiya ilə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarının dəstəklənməsində layihənin önəmindən danışıb.

Qeyd edilib ki, sözügedən layihə çərçivəsində artıq 25 mindən çox şəxsə avadanlıqlar verilməklə onlar üçün təsərrüfatlar qurulub.

Görüşdə, həmçinin, layihənin icra planı, hədəflər, görülmüş işlər, eləcə də növbəti dövrdə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər müzakirə edilib

Mövzuya görə xəbərlər