Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Macarıstan Məşğulluq Türk Dövlətləri Təşkilatı (TDT) TDT diplomatik münasibətlər TDT model proqramı

TDT üzv və müşahidəçi ölkələri əmək və sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək

BAKI,TurkicWorld

Gələn ay, dekabrın 5-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin rəsmilərinin iştirakı nəzərdə tutulub.

Təşkilata üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.

Mövzuya görə xəbərlər