Son dəqiqə

Qarabağ işğaldan azad edilmiş ərazilər Azərbaycan ordusu Xocalı Böyük Qayıdış

Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb

BAKI,TurkicWorld

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

TurkicWorld-in Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə - 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə - 24 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mövzuya görə xəbərlər