Son dəqiqə

Azərbaycan Ukrayna

Ukrayna uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə təşəkkür edib

Bakı. TurkicWorld:

Biz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə minnətdarlığımızı bildiririk.

TurkicWorld xəbər verir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Andrey Onişenko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqların sağlamlığının yaxşılaşdırılması və reabilitasiyasının aparılması imkanlarına görə Azərbaycan Respublikasına çox minnətdarıq:

"Artıq 300-dən çox uşaq Azərbaycana səfər edib. Uşaqlar özlərini xoşbəxt hiss edirlər. Bu, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın əsas elementidir".

Mövzuya görə xəbərlər