BAKI, TurkicWorld
24 iyun 2025-ci il tarixində Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında “Şah İsmayıl Xətai – Özün Əyri İsə Yola Zərərsən” adlı konsert proqramı keçiriləcək.
TurkicWorld xəbər verir ki, tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ələvi-Bəktaşi Mədəniyyət və Cəm Evi İdarəsi, Baş İncəsənət İdarəsi və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Konsert saat 19:00-da başlayacaq.
Proqrama Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin nümayəndələri və digər rəsmi qonaqların qatılması nəzərdə tutulur.
Tədbirin məqsədi Şah İsmayıl Xətainin irsini musiqi və mədəniyyət vasitəsilə tanıtmaqdır.







