Son dəqiqə

ANAMA minatəmizləmə mina

Azad edilmiş ərazilərdə daha 120 mina zərərsizləşdirilib

Bakı. TurkicWorld:

Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 13 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2009.1 hektar ərazi minalardan təmizlənib.

Mövzuya görə xəbərlər