Son dəqiqə

Stilist Ayaz Este

Steve Jobs-un Stil Manifesti

Bakı,TurkicWorld

Steve Jobs-un qara boğazlı sviteri, göy cinsi və New Balance ayaqqabıları təsadüfi seçim deyildi, bu, onun minimalist və məhsuldarlıq yönümlü yanaşmasının bir hissəsi idi.

Bunu TurkicWorld - ə açıqlamasında tanınmış stilist Ayaz Este deyib

Steve Jobs niyə həmişə eyni geyinirdi?

Stilist qeyd edib ki, 1980-ci illərdə Sony-nin fabriklərini ziyarət edərkən Jobs orada hər kəsin uniforma geyindiyini görüb. Sony-nin qurucusu Akio Morita izah edib ki, bu, işçilər arasında birlik hissi yaradır və geyim seçimində vaxt itirməyə ehtiyac qoymur. Bu ideya Jobs-a təsir edibvə o, Apple-da da uniforma tətbiq etmək istəyib, amma işçilər buna qarşı çıxıb.

Buna baxmayaraq, Jobs öz “uniformasını” yaratdıb. Dizayner Issey Miyake onun üçün 100-dən çox qara boğazlı sviter hazırlayıb və bu, onun imzasına çevrilib.

Buradan nə dərslər çıxarmaq olar?

Stilist hesab edir ki, Steve Jobs-un geyim seçimi təkcə bir stil deyil, yaşama və düşünmə tərzi idi. O, geyim kimi sadə məsələləri avtomatikləşdirərək enerjisini Apple-ın innovativ texnologiyalarına yönəldib. Bu yanaşma bizə aşağıdakı dərsləri verir:

Minimalizm məhsuldarlığı artırır – Lazımsız qərarları azaldaraq diqqətinizi əsas işlərə yönəldə bilərsiniz.
Sadəlik, gücdür – Sadə, lakin davamlı bir imic sizi daha tanınan və unikal edər.
Korporativ və şəxsi brendinq – Geyiminiz sizə aid olan bir “uniforma” ola bilər və bu, insanlar tərəfindən sizi daha tez tanınan edər.

Sonda stilist bildirib ki, Steve Jobs-un geyim fəlsəfəsini qəbul etmək o demək deyil ki, hər kəs eyni stili seçməlidir. Əsas məsələ geyim məsələsini asanlaşdırmaq, özünüzü rahat hiss edəcəyiniz bir stil yaratmaq və diqqətinizi daha vacib şeylərə yönəltməkdir.

Mövzuya görə xəbərlər