Bakı, TurkicWorld
Ağdam şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi salınacaq.
TurkicWorld-in əldə etdiyi məlumata görə, 5-ci faza üzrə məcburi köçkünlər üçün salınacaq yaşayış kompleksi orta mərtəbəli və çoxfunksiyalı olacaq.
Məlumata görə, artıq Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu layihə çərçivəsində qalıq iş həcmləri üzrə şaquli planlaşdırma və söküntü işləri ilə bağlı hazırlıqları yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını "RF İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 265,1 min manat ödənilib.