Son dəqiqə

AZAL

Təyyarə qəzasını araşdıran Qazaxıstan komissiyası iş planını müəyyənləşdirib

Bakı, TurkicWorld

Qazaxıstanın Nəqliyyat Nazirliyinin rəhbərliyi altında Aktau yaxınlığında baş vermiş aviasiya hadisəsini araşdıran komissiya iş planını müəyyənləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

"Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin araşdırma komissiyasının məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar halların qarşısını almaq üçün tövsiyələr hazırlamaqdır.

Bu gün nəqliyyat naziri Marat Karabayevin rəhbərliyi ilə qərargahda bütün 17 beynəlxalq ekspertin iştirakı ilə iclas keçirilib.

Komissiya iş planını müəyyənləşdirib. Bu plana əsasən, komissiya tam heyətlə hadisə yerinə baş çəkəcək, hava gəmisinin elementlərinin toplanacağı anqara baxış keçirəcək və elementlərin toplanmasına başlanma tarixi barədə birgə qərar verəcək", – deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Mövzuya görə xəbərlər