Son dəqiqə

Azərbaycan Elm və Təhsil Nazirliyi

33 təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq

Bakı, TurkicWorld

Cari ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələri şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin tikintisi və əsaslı təmir işləri yerinə yetirilib. Belə ki, 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub. 33 təhsil müəssisəsinin təmir-tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Bu barədə TurkicWorld-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, eyni zamanda, 24 təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə yekunlaşması planlaşdırılır. Həmçinin, layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.

"Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir", - deyə əlavə edilib.

Mövzuya görə xəbərlər