Son dəqiqə

Stilist Ayaz Este

Dar geyimlər hərəkətləri məhdudlaşdırır - Tanınmış stilist Ayaz Este

Bakı, TurkicWorld

Geyim tərzi hər bir insanın şəxsiyyətini əks etdirən güclü bir vasitədir,xüsusilə gənclər özlərini ifadə etmək üçün geyimdən geniş istifadə edirlər.

Bunu TurkicWorld açıqlamsında tanınmış stilist Ayaz Este deyib. O qedy edib ki,bu cür geyimlərin sağlamlığa təsiri unudulmamalıdır.

O hesab edir ki, təəssüflər olsun ki, bəzən modanı düzgün başa düşməmək və ya tələsik qərarlar vermək nəticəsində geyimdə müəyyən səhvlər edilə bilir.

“Səhvlərə gəlincə isə, bir çoxları bilmirlər ki, çox dar və ya həddindən artıq geniş geyimlər rahatlıqdan uzaq olmaqla yanaşı, estetik görünüşü də poza bilər. Dar geyimlər bədən hərəkətlərini məhdudlaşdırır, çox geniş geyimlər isə gəncləri səliqəsiz göstərə bilər”-deyə o qeyd edib.

Stilist Este hesab edir ki, bunun həlli üçün, bədənə uyğun ölçüdə, nə dar, nə də həddindən artıq boş geyimlər seçmək vacibdir.

“Digər bir məsələ isə rəng seçimi ilə əlaqədardır.Bir çox gənc rəng uyğunluğunu nəzərə almadan geyinir, nəticədə göz yorucu və estetikadan uzaq kombinlər yaranır.Neytral rəngləri (ağ, qara, bej, boz) əsas götürərək, parlaq rəngləri bu bazaya əlavə etmək tövsiyə olunur. “3 rəng qaydası” (bir kombinasiya üçün maksimum üç fərqli rəng) tətbiq oluna bilər”-bilər deyə tanınmış stilist vurğulayıb.

O hesab edir ki,hava şəraitinə uyğun olmayan geyim seçimi həm sağlamlığa, həm də görüntüyə mənfi təsir edir.
Estenin fikrincə, mövsümi geyim qaydalarına əməl edərək, həm isti, həm də soyuq havalarda uyğun materiallardan istifadə edilməlidir.

“Hər trendlə ayaqlaşmaq istəyən gənclər bəzən öz şəxsiyyətlərindən uzaqlaşaraq, qeyri-uyğun seçimlər edə bilirlər. Trendləri izləməklə yanaşı, şəxsi üslubu qorumaq önəmlidir. Dəbdə olan elementləri öz üslubuna uyğun şəkildə tətbiq etmək daha ağıllı yanaşmadır.Bu günün gəncləri özlərini ifadə etmək üçün geyimdən istifadə etməkdə sərbəstdirlər. Ancaq bu azadlıq düzgün seçimlər etməyi də tələb edir. Şəxsiyyətə uyğun üslub yaratmaq, rahatlıq və estetikanı nəzərə almaq gənclərin daha şıq və özünə güvənli görünməsinə səbəb olacaq”-deyə styilist Este bildirib.

Mövzuya görə xəbərlər