Stilist Ayaz Este

Qış geyimində nə seçilməlidir - comfort , yoxsa dəb – Tanınmış stilist Ayaz Este

Bakı, TurkicWorld

Qış aylarında soyuğa baxmayaraq, qarnı açıq geyimlər seçən xanımlar dəb və komfort arasında maraqlı bir seçim edir ki, bu da bəzən özünəinamın, bəzən də müəyyən bir üslubu nümayiş etdirmək istəyinin göstəricisidir.

Bunu TurkicWorld açıqlamsında tanınmış stilist Ayaz Este deyib. O qedy edib ki,kakin bu cür geyimlərin sağlamlığa təsiri unudulmamalıdır.

“Soyuq havada qarın nahiyəsinin açıq qalması mədə və böyrək problemlərinə yol aça bilər, eyni zamanda soyuqdəymə riskini artırır.Dəb, insanın özünü ifadə etməsinin bir vasitəsidir, amma sağlamlıq bu seçimlərdə ön planda olmalıdır”- deyə Este əlavə edib.

Stilistin sözlərinə görə, tərzli görünmək istəyən xanımlar, qış dəbi üçün uyğun, həm isti, həm də zərif görünüşlü kombinlər tapmağa çalışa bilərlər.

“Həqiqi gözəllik həm sağlamlıq, həm də rahatlıqla bir araya gələndə ortaya çıxır”-deyə stilist Este bildirib.

Mövzuya görə xəbərlər