Bakı, TurkicWorld
Hal-hazırda COP29 tədbiri üçün 16 nəqliyyat qovşağı təyin edilib.
TurkicWorld xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib
O bildirib ki, nəqliyyat qovşaqları hotel və yaşayış komplekslərinin yerləşdiyi sahələrdə yaradılıb.
"İştirakçıların rahat hərəkətini təmin etmək üçün yüzlərlə brend olunmuş 350-ə qədər avtobusdan ibarət bir nəqliyyat parkı istifadəyə veriləcək. Bu xidmətlər Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakının və onun ətrafındakı əsas nəqliyyat məkanlarını əlaqələndirir", - deyə Orxan Mahmudlu bildirib.