Son dəqiqə

COP29

COP29 zamanı metronun hərəkət qrafikində intervalların dəyişdirilməsi nəzərdə tutulub

Bakı, TurkicWorld

COP29-da metronun hərəkət qrafikində müəyyən intervalların dəyişdirilməsi nəzərdə tutulub.

TurkicWorld xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamnetinin rəhbəri Orxan Mahmudlu jurnalistlərə açıqlamasında deyib.

"COP29-da metronun hərəkət qrafikində müəyyən intervalların dəyişdirilməsi nəzərdə tutulub. Amma digər hər hansısa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb", - deyə o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər