Son dəqiqə

Azərbaycan

Azərbaycan badmintonçusu Türkiyədə qızıl qazanıb

Bakı. TurkicWorld:

Badmintonçumuz Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, o, "International Challenge 2024" seriyalı yarışı qızıl medalla başa bvurub.

Mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Keişa Fatimə Zəhra final qarşılaşmasında danimarkalı Amalie Şulza ilə qarşılaşıb. Hər iki setdə böyük fərqlə qalib gələn təmsilçimiz "International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.

Mövzuya görə xəbərlər