Bakı, TurkicWorld / Stilist Ayaz Este
Hər birimiz stil sahibi olmaq istəyirik, amma bəzən fərqində olmadan səhvlərə yol veririk. Bu məqalədə ən çox edilən geyim yanlışlarını və onları necə düzəldə biləcəyinizi öyrənəcəksiniz.
Yalnış Ölçü
Səhvdir: Geyimlərin bədən ölçüsünə uyğun olmaması, xüsusən də çox dar və ya çox bol olması.
Çözüm: Hər zaman öz bədən ölçülərinizə uyğun geyimlər seçin. Bir neçə fərqli markadan ölçülərinizi sınayın, çünki ölçülər dəyişkən ola bilər. Bədəninizə uyğun tikilən geyimlər hər zaman daha yaxşı görünəcək.
Həddindən Çox Aksessuar
Səhvdir: Geyimi aksessuarlarla doldurmaq, tərzi qarışıq və yorucu göstərir.
Çözüm: Az, lakin diqqətçəkən aksessuarlarla kifayətlənin. Məsələn, böyük bir kolye və ya dəbli bir saat bütün tərzinizi tamamlayacaq.
Rəng Uyğunsuzluğu
Səhv: Bir-birinə uyğun olmayan rənglərin birləşdirilməsi sizi səliqəsiz göstərə bilər.
Çözüm: Rəng çarxından istifadə edərək uyğun rəngləri birləşdirməyi öyrənin. Neytral rənglər (qara, ağ, bej) digər rənglərlə asanlıqla uyğunlaşdığı üçün əsas rənglər olaraq istifadə oluna bilər.
Dəbdən Düşmüş Trendləri İzləmək
Səhv: Moda tarixçəsinə qarışmış və artıq aktual olmayan trendləri geyinmək.
Çözüm: Hər mövsüm dəyişən trendləri tam izləmək yerinə, öz stilinizə və bədən quruluşunuza uyğun olan klassik parçalara investisiya edin.
Yalnış Ayaqqabı
Səhv: Geyimlə uyğunlaşmayan və ya rahat olmayan ayaqqabılar geyinmək.
Çözüm: Ayaqqabınızın həm rahat, həm də kombinlə uyğun olmasına diqqət edin. Çox rəsmi bir geyimə idman ayaqqabısı geyinməkdən çəkinin, yaxud çox təsadüfi geyimlə hündür daban ayaqqabı seçimindən qaçının.
Zədə və Ləkələr
Səhv: Geyimdəki kiçik deşiklər, qopmuş düymələr və ya ləkələr sizin səliqəsiz görünməyinizə səbəb ola bilər.
Çözüm: Geyimlərinizi hər zaman istifadə etməzdən əvvəl yoxlayın və zəruri təmir işlərini vaxtında görün. Ləkələri vaxtında təmizləyin, zədələnmiş hissələri bərpa edin.
İç Geyimi
Səhv: Geyim altından görünən və ya yalnış uyğunlaşan iç geyimləri bütün görünüşünüzü poza bilər.
Çözüm: Bədən ölçülərinizə və geyiminizə uyğun iç geyimləri seçin. Rəng uyğunluğuna diqqət yetirin; açıq rəngli geyimlərlə tünd rəngli iç geyimlərdən qaçın.
Yalnış Çanta
Səhv: Geyimlə uyğunlaşmayan və ya çox böyük/kiçik çantalar istifadə etmək.
Çözüm: Çantanızın ölçüsünü və rəngini geyiminizə uyğun seçin. Günlük istifadə üçün praktik çantalar, xüsusi tədbirlər üçün isə daha zərif modellərə üstünlük verin. Doğru seçimlərlə öz stilinizi daha da yüksəldə bilərsiniz. Unutmayın, estetika uyğunluqdan başlayır