Son dəqiqə

Paris-2024 Paralimpiya Oyunları

Paralimpiyaçılarımız vətənə qayıdıb

Bakı, TurkicWorld

"Paris-2024" Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan millisi Vətənə geri dönüb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, idmançılar, o cümlədən, iki Paralimpiya mükafatçılarını Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Paralimpiya Komitəsi rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, yarış 28 avqustda start götürən yarış 9 sentyabrda başa çatıb.

Mövzuya görə xəbərlər