Bakı, TurkicWorld
Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlunun nəşinin qalıqları dəfn olunur.
TurkicWorld xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, o, 12 yanvar 1967-ci ildə anadan olub. Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayıb. Şəhid A.Qurbanov 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.