Son dəqiqə

COP29

Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm - ÜST-ün baş direktoru

Bakı. TurkicWorld:

Biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm.

TurkicWorld -in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda COP-dan qabaq hər il keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" Qlobal Sammitinin iştirakçılarına videomüraciətində deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi getdikcə daha da dərinləşir.

"Birgə fəaliyyət olmasa, iqlim dəyişikliyi daha da geniş vüsət alacaq və ölkələrə ciddi təsir edəcək. Birgə fəaliyyət ilə iqlim dəyişikliyinə qarşı effektiv mübarizə apara bilərik", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər