Son dəqiqə

ANAMA minatəmizləmə

Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.06.2024 - 09.06.2024) açıqlanıb.

ANAMA-dan TurkicWorld-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 362,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Mövzuya görə xəbərlər