Son dəqiqə

Rusiya Moskva Lənkəran

Rusiya aviaşirkəti Moskvadan Lənkərana uçuşları başladır

Bakı. TurkicWorld:

Rusiyanın "Utair" aviaşirkəti iyunun 22-dən Moskvadan Lənkərana uçuşları başladır.

TurkicWorld bu barədə aviaşirkətin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, uçuşlar şənbə günləri, Moskvadan uçuşlar saat 17:00-da, Lənkərandan saat 22:50-də olmaqla həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqə olacaq.

"Bu yay xarici turizm marşrutları: Antalya, Bakı, İrəvan, Səmərqənd və digər istiqamətlər üzrə proqramı əhəmiyyətli dərəcədə genişləndirmişik. İndi isə biz "Utair" üçün yeni istiqamətə - Lənkərana uçuşlara başladırıq. İnanıram ki, Xəzər sahilinə səyahət sərnişinlərimizin xoşuna gələcək", - "Utair" Sərnişin Hava Yollarının prezidenti Oleq Semenov deyib.

Mövzuya görə xəbərlər