Son dəqiqə

Mayk Tayson yenidən rinqə qayıdır

Bakı, TurkicWorld

Mike Tayson döyüşdən əvvəl hipnozun boks karyerası boyunca ona necə kömək etdiyini açıqladı və 13 yaşından etibarən qipnoz tətbiq edərək “böyüdüyünü” söylədi.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bir çoxları tərəfindən boks tarixinin ən əzəmətli boksçusu hesab edilən Tayson iyulda Jake Paul ilə döyüşərək rinqə qayıtmağa hazırlaşır.

Dallasdakı” AT&T Stadium”-da baş tutacaq və Netflix-də canlı yayımlanacaq mübahisəli qarşılaşma rəsmi olaraq icazə verilən peşəkar yarışma olacaq.
Qeyd edək ki, Taysonun Taysonun 58, Paulun isə 27 yaşı var.

“Mən 13-14 yaşlarımdan hipnozla böyüdüm və karyeramın sonuna kimi onunla davam etdim. Döyüşdən əvvəl həmişə hipnoz halında olurdum. Bunu hər kəs deyil, sadəcə hipnozun nə olduğunu bilənlər bilir.Hamı eyni deyil. Amma başa düşdüm. Hər şey özünü dərk etməkdən ibarətdir”-deyə o bildirib.

Bir şəxsiyyət olaraq necə dəyişdiyinə toxunan Tayson onu da bildirib ki, “Hazırda Allahla görüşməyə hazır olduğum bir mərhələdəyəm. Ruhani səyahət heç vaxt bitmir və bitməyəcək”