Son dəqiqə

Qarabağ FK Azərbaycan Futbol Federasiyasının (AFFA)

AFFA “Qarabağ”la “Neftçi”ni cərimələdi

Bakı. TurkicWorld:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXII turunda baş verənlər müzakirə olunub. "Qəbələ" – "Kəpəz" oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib.

"Neftçi" – "Turan Tovuz" matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu Bruno Qonçalves 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib. Bu qarşılaşmada FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Neftçi" 1000 manat ödəyəcək. Görüş bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə bakılılar 500 manat cərimə edilib. "Turan Tovuz" azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə qərblilər 1000 manat ziyana düşüb.

"Sumqayıt" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimələnib. "Qarabağ" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Ağdam klubu 800 manat xərcə düşüb.

"Zirə" – "Araz-Naxçıvan" matçında qonaqların futbolçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər klub tərəfindən ödəniləcək.

Mövzuya görə xəbərlər