Bakı. TurkicWorld:
İşğaldan azad edilmiş ərazilərimizdə məşğulluq tədbirləri həyata keçirilir.
TurkicWorld-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda Forumda deyib.
Nazir bildirib ki, Azərbaycanın qarşısında duran yaxın dönəm üçün ən önəmli məsələ işğğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına sürətli inteqrasiyası, həmin ərazilərə köçən insanlarımızın dayanıqlı məşğulluğumuzun təmin olunmasıdır.
"Bunun üçün məşğulluq proqramları həyata keçirilir, keçmiş məcburi köçkünlərimizin bilik və bacarıqları artırılır", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə", "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması", "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" və "Yaşıl dünya naminə həmrəylik ili"ndə media gündəmi" mövzularında panel sessiyalar təşkil olunacaq.