Bakı, TurkicWorld
Hazırda Azərbaycanda sahibkarların biznesə çıxışını sadələşdirmək və asanlaşdırmaq məqsədilə müxtəlif proqramlar, qanunvericilik təşəbbüsləri və inzibati mexanizmlər həyata keçirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra sahibkarlara "Dayaq" mükafatının təqdimat mərasimində bildirib.
"Hər bir ölkənin inkişafı sahibkarlığın inkişafından keçir. Hazırda biz sahibkarların biznesə çıxışını asanlaşdırmaq və sadələşdirmək məqsədilə müxtəlif proqramlar, qanunvericilik təşəbbüsləri və inzibati mexanizmlər həyata keçiririk. Bu tədbirlər Azərbaycanda yeni və genişmiqyaslı sahibkarlıq sinfinin formalaşması üçün möhkəm təməl yaradıb.
Əminəm ki, gələcəkdə birgə fəaliyyətimiz müxtəlif layihələrin həyata keçirilməsinə və sahibkarlığın müxtəlif istiqamətlərdə dəstəklənməsinə töhfə verəcək, bu da ölkənin inkişafına böyük fayda gətirəcək", – deyə nazir qeyd edib.