Son dəqiqə

Qarabağ FK

“Qarabağ” üçün 4 çempion

Bakı. TurkicWorld:

"Qarabağ"ın da mübarizə aparacağı Çempionlar Liqasının I təsnifat mərhələsinin daha 4 iştirakçısı bəlli olub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Rumıniyada "Styaua", Şimali İrlandiyada "Larne", Maltada "Hamrun", Sloveniyada "Selye" çempion adını qazanıb.

Bu komandalar qitənin ən nüfuzlu klub turnirində "Qarabağ"la birgə mübarizə aparacaqlar. Rumıniya təmsilçisinin reytinqi yüksək olduğundan I təsnifat mərhələsində Azərbaycan çempionu ilə eyni səbətdə yer alacaq və qarşılaşmayacaq. Digər üç komandanın səbəti hələ dəqiqləşməyib. Bu çempionların I təsnifat mərhələsində mümkün rəqib olacağı müəyyənləşməsə də, növbəti raundlarda "Qarabağ"la üz-üzə gələ bilərlər.

Hələlik yalnız 4 komanda - "Virtus", "Panevejis", "Ordabası" və "Vikinqur"un I təsnifat mərhələsində səpələnməmiş olduğu dəqiqdir.

Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

Mövzuya görə xəbərlər