Səbinə Əliyeva Əqli Mülkiyyət Agentliyi

Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır

Bakı. TurkicWorld :

Əqli mülkiyyət hüququnun qorunması da Ombudsman Aparatının fəaliyyət istiqamətləri arasındadır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Əqli mülkiyyət müasir mərhələdə" mövzusunda "Dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əqli mülkiyyət hüququnun qorunmasında mədəniyyət formalaşmalıdır.

"Əqli mülkiyyət hüququ anlayışının təbliği istiqamətində maarifləndirmə işləri aparılır. Bu anlayışın cəmiyyət tərəfindən anlaşılması, əqli mülkiyyət mədəniyyətinin formalaşması üçün işlər aparılmalıdır", -deyə S.Əliyeva qeyd edib.

Mövzuya görə xəbərlər