Son dəqiqə

AQTA Qoşqar Təhməzli

Azərbaycana gətirilən qida məhsullarında GMO yoxdur - AQTA sədri

Bakı. TurkicWorld:

Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycana gətirilən qida məhsullarında özündə hər hansı təhlükə daşıyan GMO orqanizmini gətirmək mümkün deyil.

TurkicWorld-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda ictimai dinləmədə deyib.

AQTA sədri bildirib ki, bunu istənilən vaxt müzakirə mövzusuna çevirmək olar.

"Yalnız icazə verilən və qeydiyyata düşən nəzarət olunan fermentləri özündə daşıyan GMO ilə yüklənmiş yemlərin qeydiyyatı və idxalı mümkün hala gəlib.

Dünyada son 30 ildə yayılan yoluxucu xəstəliklərin təxminən 75 %-i heyvanlardan qaynaqlanan xəstəliklərdir. Eyni zamanda, hazırda heyvanlarda 1,5 milyon ətrafında öyrənilməmiş müxtəlif virusların təxminən yarısının insanları yoluxdurmaq potensialı var. Ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi insan və heyvan sağlamlığına ciddi təsir göstərir. Bu da vahid sağlamlıq konsepsiyasının əsasını təşkil edən əsas məsələlərdəndir", - Q.Təhməzli əlavə edib.

Mövzuya görə xəbərlər