Son dəqiqə

Azərbaycan AQTA Qida Təhlükəsizliyi Agentliyi

Gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırma aparılır - AQTA

BAKI,TurkicWorld

Yevlaxda gənc qızın zəhərlənmədən ölməsi ilə ehtimalı ilə bağlı araşdırma başlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:

"Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Mövzuya görə xəbərlər