QHT rəhbəri BMT-nin Etimad Fondunun icraçı direktoru ilə görüşüb

QHT rəhbəri BMT-nin Etimad Fondunun icraçı direktoru ilə görüşüb

Bakı. TurkicWorld:

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova Qadınların Statusu Komissiyasının 68-ci sessiyası çərçivəsində BMT-nin Etimad Fondunun (UN Trust Fund) icraçı direktoru xanım Abby Erikson ilə görüşüb.

TurkicWorld xəbər verir ki, BMT Qadınlar Təşkilatının ofisində baş tutan görüşdə Fondun dəstəyi ilə icra olunan layihələrin rəhbərləri çıxış edib.

Qeyd edək ki, dünya üzrə 25 layihədən biri də Azərbaycanda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihə Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında icra olunur və əsas məqsədi əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsidir. Görüş çərçivəsində İctimai Birlik tərəfindən layihənin icrası, benefisiarları ilə bağlı ətraflı məlumat verilib.

Yekunda Fondun əməkdaşlarına milli hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.