Qəzzanın şimalında çörək zavodları istehsalı bərpa edir

Qəzzanın şimalında çörək zavodları istehsalı bərpa edir

Bakı. TurkicWorld:

BMT-nin Ümumdünya Ərzaq Proqramının Qəzzanın şimalındakı çörək zavodlarına yanacaq və buğda unu çatdırmasından sonra çörək zavodları istehsalı bərpa edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Ərzaq Proqramı X sosial media hesabında açıqlayıb.

"Dörd çörək zavodu hazırda işləyir və BMT təcili olaraq daha çox təchizat çatdırmaq üçün çalışır", deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

X: Lamanasadli01