Azərbaycan regionda elə ölkədir ki, koronavirusa qarşı böyük addımlar atıb - BMT baş katibinin müavini

Azərbaycan regionda elə ölkədir ki, koronavirusa qarşı böyük addımlar atıb - BMT baş katibinin müavini

Bakı. TurkicWorld:

Sağlamlıq hər bir şəxsin hüququdur. Bu insan hüquqlarına daxildir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Vinni Byanyima XI Qlobal Bakı Forumunda çərçivəsinə keçirilən"Hər kəs üçün sağlamlıq" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

"BMT xəstəliklərin qarşısını almalıdır. Həmçinin səbəblərini aradan qaldırmalıdır. Azərbaycan bu regionda elə ölkədir ki, koronavirusa qarşı böyük addımlar ataraq yoluxmaların və ölüm hallarının qarşısını aldı.

Gələcək və alovlana biləcək pandemiyanın qarşısını almalıyıq. Amma burada bərabərsizlik var deyə çətinliklər yaşanır. Orta və aşağı gəlirli ölkələrdə ölüm halları daha çox olur. İdarəedicilər müəyyən tədbirlər görməlidilər ki, maliyyə bərabər bölünsün",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.