Bakı, TurkicWorld
Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 28-30 may 2024-cü il tarixlərində İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium təşkil olunacaq.
TurkicWorld xəbər verir ki ,
Simpoziumun əsas mövzu və istiqamətləri:
Cəmiyyət
İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi
Birgəyaşayışın vacibliyi
Birgəyaşayış mədəniyyətini gücləndirən amillər
Fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi
Birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər
Birgəyaşayış qarşısında duran maneələr
Müsəlman təfəkküründə cəmiyyət anlayışları
Qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü)
İncəsənətin ictimai şüurun formalaşmasına təsiri
İndoneziyada birgəyaşayışın əsas dinamikası
Təhsil
Təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi
Təhsil proqramı və birgəyaşayış mədəniyyəti (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrləri)
Rasional və elmi əsaslara uyğun bilik formalaşdırılması
Formalaşdırılan biliyin imkanların bərabərliyi kontekstində bölüşülməsi
Təhsildə şagird və müəllim fəallığı
Din təhsilinin birgəyaşayış mədəniyyətinə töhfəsi
Ali dini təhsilin birgəyaşayışa töhfəsi
Məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi
Fərqli elm sahələrində birgəyaşayış təcrübəsi
İndoneziyada din təhsili
İslam / İslamiyyət
İslamın birləşdirici xüsusiyyəti və məzhəblər
Siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri
Fiqh elminin birgəyaşayış mədəniyyətinə təsiri (əhliyyət, məşvərət, əmanət, ədalət və s.)
İslam tarixində birgəyaşayışa dair nümunələr
Kəlam elminin dinin düzgün başa düşülməsində rolu (“qəzavü-qədər”, “Tanrı” və “kainat” anlayışları)
Xurafat, fanatizm və təkfirin birgəyaşayışa mənfi təsirləri
Quranda birgəyaşayışın əhəmiyyəti
Hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması
İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri (fundamental mətnlər, şairlər, ozanlar)
İndoneziyada İslam və digər dinlərin nümayəndələri ilə münasibətlər
Tezislərin qəbul qaydaları
Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır.
Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
Tezisin əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir.
Tezisin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, türk, ingilis, ərəb və ya İndoneziya dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: sempozyumbyt@kku.edu.tr
Tezislərin təqdim olunması üçün son tarix: 20.04.2024
Tezislərin qəbul olunduğunun bildiriləcəyi tarix: 25.04.2024
Əlaqə: (012) 436 77 66 (dax. 406)
Məqalələrin qəbul qaydaları:
Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, türk, ingilis, ərəb və ya İndoneziya dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: sempozyumbyt@kku.edu.tr
Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, elmi dərəcəsi (olduğu təqdirdə), işlədiyi müəssisə, tutduğu vəzifə və elektron poçt ünvanı göstərilməlidir.
Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.
Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir. Məs.: (Məmmədov 2007, 17-21).
Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Ən sonda səhifələrin sayı göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir. Məs.: Məmmədov Akif. (1986). Dünyada dövlət – din münasibətləri. Bakı: Mütərcim. (435 səh.).
Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.