İslamofobiyaya qarşı birgə mübarizə aparıb, onun öhdəsindən gələ bilərik - Hüseyn Işıksal

İslamofobiyaya qarşı birgə mübarizə aparıb, onun öhdəsindən gələ bilərik - Hüseyn Işıksal

Bakı. TurkicWorld:

İslamofobiyaya qarşı birgə, kollektiv mübarizə aparıb, onun öhdəsindən gələ bilərik.

TurkicWorld-in məlumatına görə, bunu Şimali Kipr Türk Respublikası Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn Işıksal Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirilən "Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları" mövzusunda aralıq sessiyada deyib.

O qeyd edib ki, tarix boyu islamofobiya halları yaşanıb:

"Bəlkə də, o zaman buna islamofobiya adı verilməmişdi, amma faktiki olaraq belə vəziyyətlər var idi. Müsəlman və türk olmaq ağır yükdür, bunu da qaldırmaq lazımdır. Avropada müsəlmanlar cəmiyyətdə öz yerlərini tutmağa və görünməyə başlayanda islamofobiya daha bariz görünür", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.