Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanı Universitet İşləri Şurasının Baş Katibi Prof. Basam Bin Abdullah Al-Bassam-ın və üç universitetin (Şahzadə Nurah bint AbdulRuhman Universiteti, Umm Al-Qura Universiteti, Mədinə İslam Universiteti) nümayəndələri UNEC-i ziyarət edib.
TurkicWorld xəbər verir ki, nümayəndə heyəti UNEC-lə tanış olduqdan sonra rektor prof. Ədalət Muradovla görüşüb. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub və bir sıra istiqamətlər üzrə razılıq əldə edilib.