Bakı TurkicWorld:
İşğaldan azad edilmiş ərazilərdə 470,4 ha torpaq sahəsi icarəyə verilib.
TurkicWorld-ün məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən 297,2 ha torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 iş daxil olub.
Əvvəlki dövrlərdə daxil olmuş işlər də nəzərə alınmaqla 470,4 ha torpaq sahəsi üzrə 6 işə razılıq verilib.