Bakı. TurkicWorld:
32 il ayrılıqdan sonra yenidən doğma yurdda, Laçında yaşamaq çox gözəl hissdir.
Bunu TurkicWorld-ə açıqlamasında Laçın sakini Bəşir Bəşirov deyib.
Onun sözlərinə görə, Allah hamıya ömür versin, heç olmasa, Laçından ayrı qalmağın əzab-əziyyətin əvəzini çıxmaq istəyir.
“Mənim Laçında 7 otaqlı verim vardı. Dövlətimizə təşəkkür edirəm ki, indi bizə ondan da gözəl şərait yaradıb. Laçının gözəlliyi həmişə gözümün önündə canlanır. Allah dövlətimizi, Prezidentimizi, ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin”, - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.