Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb

Bakı. TurkicWorld:

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıb.

Bu barədə TurkicWorld-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.