Son dəqiqə

Şuşa Daxili İşlər Nazirliyi

Şuşada ilk dəfə şagirdlərlə maarifləndirmə tədbiri keçirilib

Bakı,TurkicWorld

Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Səməd Məhərrəmov narkotik vasitələrin insan sağlamlığı, düşüncə qabiliyyəti üçün törətdiyi zərərlərdən söhbət açıb. O, narkomaniya aludəçisi olanların fiziki və mənəvi olaraq uçuruma yuvarlanması, doğmaları üçün problemlər yaratmasından danışıb. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri, mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar. Həmçinin Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən və təhsilin keyfiyyətindən ətraflı bəhs olunub.

Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.

Mövzuya görə xəbərlər