Son dəqiqə

Quba

Qubada “20 Yanvar” şəhidləri anılıb

Bakı. TurkicWorld:

Qubada “20 Yanvar” şəhidləri anılıb.

TurkicWorld-un məlumatına görə, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən ibadət evlərində tariximizin qəhrəmanlıq səlnaməsi olan “20 Yanvar” hadisəsində canlarını qurban vermiş insanların vətən, xalq sevgisinin çox yüksək olmasından danışılmış və şəhidliyin ən yüksək məqam olduğunu xüsusi vurğulanmış, şəhidlərimizin əziz ruhlarına dualar oxunaraq yad edilmişdir.

Qarabağın düşmən tapdağından azad olunması, ölkəmizin suverenliyinin tam təmin olunması, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin ruhlarına böyük bir ərmağandır.

Mövzuya görə xəbərlər